Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olub
Bakı, 10 may, AZƏRTAC
İstər XX əsrin əvvəlləri, istərsə də sonunda Azərbaycan öz müstəqilliyinə qovuşmaq imkanı qazandığı dönəmlərdə cərəyan edən proseslər göstərdi ki, bir dövlət üçün müstəqillik və suverenlik yolunda həlledici amillərdən biri də real şəraiti düzgün qiymətləndirməyi, dövlətin bütün resurslarını vahid məqsəd uğrunda səfərbər etməyi bacaran, geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan, vətənpərvər və güclü liderin mövcudluğudur.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində yer alıb.
“Buna görə də 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşmaq fürsəti əldə edərkən, məhz Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olmuşdur”, - deyə Samir Nuriyev vurğulayıb.
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir