Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində deyib. "Azərbaycanın mövqeyini həm xarici işlər naziri, həm deputatlar açıq şəkildə nümayiş etdiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Ona görə hesab edirəm ki, bu münasibətlər davam etdirilərək möhkəmlənəcək və Azərbaycan hər zaman ədalətin, haqqın yanında olacaq", - deyə S.Seyidov bildirib.
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı turk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İğdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub
Azərbaycan nümayəndə heyəti Türk Ədliyyə Təlim Şəbəkəsinin konqresində iştirak edir