Premyer Liqa: “Zirə” “Səbail”ə, “Neftçi” “Turan Tovuz”a qarşı
Bakı, 10 may, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIV turun daha 2 oyunu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” “Səbail”in qonağı olacaq. “ASCO Arena”dakı qarşılaşma saat 17:00-da başlayacaq. Qarşılaşmanı Tural Qurbanov idarə edəcək.
Artıq gümüş medalları təmin edən “qartallar” 67 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Dənizçilər” isə 22 xalla sonuncu – 10-cu sırada yer alıb.
Günün son oyunu Tovuzda keçiriləcək. “Neftçi” səfərdə “Turan Tovuz”la qarşılaşacaq. Saat 19:30-da start götürəcək matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Qeyd edək ki, XXXIV turun açılış oyununda “Sabah” öz meydanında “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib. Tura mayın 11-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib