Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şossesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
“IDEA” könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, tədbir Zığ–Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.
Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı silsilə tədbirlərlə qeyd olunub
Leysan olacaq, dolu düşəcək - PROQNOZ
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər