Pakistan ordusu Hindistana cavab verəcəyini bəyan edib
Bakı, 10 may, AZƏRTAC
Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Ordusunun dövlət televiziyası ilə yayılan bəyanatında bildirilib.
“Hindistan raket hücumuna başlayıb. Nur xan, Murid və Şorkut bazaları hədəfə alınıb. İndi isə cavabı gözləyin” – deyə televiziyada ingilis dilində yayımlanan bəyanatda deyilir.
Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib