×
A
A
A
Sazlamalar

Superliqa: "Fənərbağça" üç xala sevinib

Bakı, 9 may, AZƏRTAC

Türkiyə Superliqasında XXXV turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Başakşəhər" doğma meydanda çempionluq mübarizəsi aparan "Fənərbağça" ilə qarşılaşıb. Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı lacivərdlilər"in qollarını Mert Müldür, Milan Şkrinyar, Yusuf En-Nesiri və Oğuz Aydın vurublar. "Başakşəhər"də isə Ömər Beyaz fərqlənib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Fənərbağça" ikinci pillədə qərarlaşıb. Meydan sahibləri isə 51 xalla beşinci yerdədir.

İdman 2025-05-09 23:08:00