“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyəti və üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Bakı, 9 may, AZƏRTAC
Mayın 8-9-da “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyəti və 100 nəfərlik üzvü Heydər Əliyev Mərkəzini ziyarət edib. Ziyarət Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan bu ziyarət Ulu Öndər Heydər Əliyevin ideyalarının yaşadılması və gənc nəslə ötürülməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamıdır. Tədbirdə İctimai Birliyin sədri Xəyyam Əsgərov, idarə heyətinin üzvləri, o cümlədən Azərbaycanın yaxın dostu, Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç da iştirak edib. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin siyasi irsi ilə tanış olub, onun Azərbaycanın inkişafına verdiyi töhfələri ehtiramla yad ediblər.
Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək
“İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal Sahibkarlıq” müsabiqəsinə qeydiyyat başlayıb
AQTA: Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
FHN: Xocəsəndə taxta sexindəki yanğının yayılmasının qarşısı alınıb