Bərdədə bir nəfər çayda batıb
Bakı, 9 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Cənubi Qafqaz ölkələri arasında ən az yol qəzası Azərbaycanda qeydə alınıb - STATİSTİKA
“Böyük Azərbaycan naminə Əziz Əliyev” kitabı türk dilində çap edilib
Son dörd ayda sosial sahə üzrə 201 min elektron arayış verilib
Türkiyənin İqdır şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş konsert olub