“Roma”nın futbolçusu üçün mövsüm erkən başa çatıb
Bakı, 9 may, AZƏRTAC
İtaliyanın “Roma” komandası ciddi itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisinin futbolçusu Lorenzo Pelleqrinini sıradan çıxıb. 28 yaşlı yarımmüdafiəçi məşq zamanı zədələnib.
Beləliklə, italiyalı oyunçu bu mövsüm komandasına heç bir oyunda kömək edə bilməyəcək.
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib
“Real Madrid” Ançelotti ilə yollarını ayırdığını açıqlayıb