Kür çayında suyun səviyyəsi artıb: Kürün Sabirabaddan keçən hissəsindən son görüntülər VİDEO
Sabirabad, 9 may, Aydın Yavərzadə, AZƏRTAC
Son günlər intensiv yağışlar Kür çayında da suyun artmasına təsir edib. Çayda artım əsasən mayın 5-dən müşahidə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının bol sulu dövrü əsasən aprel-may aylarına təsadüf edir. Son günlər yağan intensiv yağışlar isə çayda suyun səviyyəsini daha da çoxaldıb. Əsasən son beş gündə çayın axımı güclənib. Milli Hidrometeorologiya xidmətinin avtomat hidroloji stansiyalarında alınan qeydiyyata görə, Kür çayının aşağı axınında Kür-Surrada 19 santimetr, Kür-Salyanda 42 santimetr, Kür-Şirvanda 48 santimetr, Kür-Bankədə 21 santimetr, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 santimetr, Araz çayının yuxarı axınında isə 19 santimetr artım qeydə alınıb.
Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsinin baş mühəndisi Əsgər Salahovun verdiyi məlumata görə, Kür çayında müşahidə edilən su artımı hər hansı təhlükə sayılmır. 2010-cu ildən sonra Kür çayında suyun səviyyəsi sahil qayasından yuxarı çıxmayıb. Son günlərdə isə artan su axımı sahil qayasından çıxsa da mühafizə bəndindən 3 metr aşağı səviyyədə axır.
Suyun qalxması ilə bağlı mühafizə tədbirləri də gücləndirilərək, baş verə biləcək qəzaların qarşısının alınması üçün bəndlər üzərində texnikalar yerləşdirilib.
Kür çayının Ağcabədi, Zərdab, Ucardan keçən hissələrində, Türyançay, Əlicançay, Girdmançay, Göyçay çayları və digər çaylarda mühafizə tədbirləri davam etdirilir.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb