“Neftçi”nin 7 futbolçusu “Turan Tovuz”a qarşı oynamayacaq
Bakı, 9 may, AZƏRTAC
“Neftçi” Misli Premyer Liqasının 34-cü turunda “Turan Tovuz”la keçiriləcək oyuna itkilərlə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün səfər görüşünü buraxacaqlar.
Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq “Turan Tovuz” – “Neftçi” matçı saat 19:30-da başlayacaq.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib