Azərbaycanın voleybol millisi Avropa Qızıl Liqasına hazırlığı Sloveniyada davam etdirəcək
Bakı, 9 may, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma bu məqsədlə Sloveniyaya yola düşüb.
Komanda burada mayın 9-dan 17-ə kimi təlim-məşq toplanışında olacaq. Daha sonra isə voleybolçularımız Yunanıstana yollanacaqlar. Bu ölkədəki təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Hazırlıq proseslərində millimizin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur. Komandanın son heyəti təlim-məşq toplanışlarından sonra bəlli olacaq.
Qeyd edək ki, Azərbaycan seçməsi ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə millinin rəqibləri Macarıstan və Sloveniya kollektivləri olacaq.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib