Ağdaşda Ulu Öndərə həsr olunan "Səssiz xatirələr" bədii-poetik kompozisiyası təqdim edilib
Ağdaş, 9 may, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaşda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirilib. Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan "Səssiz xatirələr" adlı bədii-poetik kompozisiya rayon sakinlərinə təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də rayonun mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gecənin bədii hissəsində Ulu Öndərin zəngin və mənalı həyat yolunu, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rifahı və müasir Azərbaycanın qurulmasında göstərdiyi misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Heydər Əliyevin xalqına bağlılığı, uzaqgörən siyasəti və quruculuq fəaliyyəti geniş işıqlandırılıb.
Daha sonra tədbir musiqili bədii hissə ilə davam etdirilib.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb