Şagirdlər fövqəladə hallar və yanğın zamanı davranış qaydaları barədə məlumatlandırılıblar VİDEO
Naxçıvan, 9 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə “Məktəblərdə fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması və fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Əvvəlcə təlimin nəzəri hissəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti “zəlzələ” və “yanğın” zamanı “Həyəcan” siqnalı verildikdən sonra müəllimlər tərəfindən siniflərdən şagirdlərin təxliyəsi həyata keçirilib, toplanış yerində yoxlanılıb və şagirdlərə ilk tibbi və psixoloji yardım göstərilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Təxliyə planına uyğun olaraq, şagirdlərin və müəllimlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “zərərçəkmişlər” xilas olunaraq onlara ilkin yardım göstərilib.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb