MSK-nın nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Bakı, 9 may, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti mayın 11-də Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yola düşüb.
MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Albaniya Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən, Albaniyada parlament seçkilərinin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirak edirlər.
Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Albaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları yönündə müzakirələr aparılması da nəzərdə tutulur.
Nümayəndə heyəti səsvermə gününədək parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olmaqla yanaşı, seçki günü məntəqələrdə səsvermə prosedurlarını da izləyəcəklər.
Gürcüstan Prezidenti: Regionda sülh və sabitlik hər üç ölkənin inkişafı üçün yeni imkanlar açır
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
İslamofobiyaya həsr olunan beynəlxalq elmi konfransda 100-dən çox xarici qonaq iştirak edəcək
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
Fərid Şəfiyev: Bakı İslamofobiyaya qarşı mübarizədə mühüm beynəlxalq platformaya çevrilir