Konfrans Liqası: “Çelsi” finalda “Betis”lə üz-üzə gələcək
Quba, 9 may, AZƏRTAC
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Çelsi” İngiltərədə İsveçin “Yurqorden” komandasını qəbul edib. İlk matçda 4:1 hesabı ilə qalib gələn London klubu bu dəfə də sevinən tərəf olub - 1:0. Bununla da "zadəganlar" finala yüksəlib.
İspaniyanın “Betis” klubu isə İtaliyada “Fiorentina”nın qonağı olub. İlk matçda 2:1 hesabı ilə rəqibini məğlub edən Sevilya təmsilçisi cavab görüşündə eyni hesabla uduzub. Əlavə vaxta gedən qarşılaşmada bir top vuran "Betis" həlledici raundda "Çelsi" ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis” (İspaniya) - 2:2
İlk oyun - 1:2
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0.
İlk oyun - 4:1
Qeyd edək ki, turnirin final görüşü mayın 28-də Polşada təşkil olunacaq.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib