“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub
İsmayıllı, 9 may, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllıda məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsi keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Qərbi Azərbaycana qayıdış” adlı olimpiadanın birinci mərhələsi uğurla başa çatıb. Tədbirdə rayonun müxtəlif məktəblərindən IX və X sinif şagirdləri biliklərini sınayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında Qərbi Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, görkəmli şəxsiyyətləri, ədəbiyyatı, folkloru və toponimləri haqqında bilikləri artırmaq, onlarda milli kimlik və tarixi yaddaşın möhkəmləndirilməsinə töhfə verməkdir. Şagirdlərə həm fərdi, həm də komanda şəklində öz biliklərini nümayiş etdirmək imkanı yaradılıb.
Qeyd edək ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadası ümumilikdə 3 mərhələdən ibarətdir. İlk mərhələ rayon səviyyəsində keçirilir. Növbəti — yarımfinal mərhələsi may ayında ölkə üzrə zonalar üzrə baş tutacaq. Böyük final isə iyun ayında paytaxt Bakıda keçiriləcək və ölkənin müxtəlif bölgələrindən gələn ən güclü məktəbliləri bir araya gətirəcək.
Olimpiada iştirakçıları yalnız bilik yarışına qatılmaqla kifayətlənməyib, həm də Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı təqdimatlar hazırlayaraq, müxtəlif layihələrdə fəallıq göstəriblər. Təşkilatçılar bildirib ki, bu cür tədbirlər gənc nəslin tarixi biliklərini dərinləşdirməklə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına da xidmət edir.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb