Azərbaycan güləşçiləri “Çempionlar” turnirini 6 medalla başa vurub
Bakı, 9 may, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən gənclər (U20) arasında “Çempionlar” turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, son yarış günündə 63, 82, və 130 kiloqramda yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.
İlk və ikinci gündə olduğu kimi, sonuncu gündə də 1 gümüş və 1 bürünc medal qazanılıb. Tural Əhmədov (63 kq) ikinci, Elmin Əliyev (82 kq) isə üçüncü yeri tutub.
Beləliklə, millimiz ənənəvi turniri 6 (3 gümüş, 3 bürünc) medalla başa vurub. Öncəki günlərdə Turan Daşdəmirovla (55 kq) Ayxan Cavadov (60 kq) gümüş, Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq) isə bürünc medal əldə edib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında Antalyaya yollanan yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) birinci, Qırğızıstan (115) isə üçüncü olub.
Xatırladaq ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib