Kitab sərgisi: “Azərbaycanın özü qədər əbədi”
Tovuz, 9 may, Ruslan Novruzoğlu, AZƏRTAC.
Tovuz rayon mərkəzi kitabxanasının təşkilatçılığı ilə Tovuz Regional ASAN Xidmət Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar "Azərbaycanın özü qədər əbədi" mövzusunda kitab sərgisi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə Ümummilli Lider, müasir və müstəqil Azərbaycanın qurucusu və memarı, gələcək nəsillərə əsl örnək olan Heydər Əliyevin zəngin və şərəfli ömür yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimizin tarixində müstəsna xidmətlərini əks etdirən kitablar nümayiş olunub və vətəndaşlara səyyar kitabxana xidməti də göstərilib.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb