Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var
Lənkəran, 9 may, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.
Lənkəran rayonunun Liman şəhər sakini, 1998-ci il təvəllüdlü Fəhmin Mahir oğlu Məmmədli idarə etdiyi "Hundai SantaFe" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində sürücü xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlər ona başın küt travması, alın nahiyəsinin deşilmiş yarası diaqnozu qoyublar.
Qeyd edək ki, qəza nəticəsində ərazidən keçən qaz xəttinə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb