×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Neftçi” seriyanı bərabərləşdirib

Quba, 8 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” və “Sabah” komandaları dördüncü matçda üz-üzə gəlib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşma "ağ-qaralar"ın 84:66 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda seriyada bərabərlik var - 2:2
Beşinci görüş mayın 11-nə təşkil olunacaq.
Qeyd edək ki, final seriyasında dörd qələbə qazanan komanda qızıl medalların sahibi olacaq.

İdman 2025-05-08 22:48:00