Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir - konfrans
Tərtər, 8 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Tərtərdə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra rayon mədəniyyət evinin foyesində Ümummilli Liderə həsr olunmuş foto və kitab sərgisinə baxış olub.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon prokuroru Əli Qurbanov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov və başqaları Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, dahi rəhbərin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ümummilli Liderin tarixi xidmətlərindən bəhs ediblər.
Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş üzvlərə vəsiqələr, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə, Ümummilli Liderin 102-ci ildönümünə həsr edilmiş inşa yazı və rəsm müsabiqəsində fərqlənən şagirdlərə fəxri fərman təqdim edilib.
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb
Dövlət Xidmətinin nümayəndələri Lerikdə gənclərlə görüşüblər