Naxçıvanda ədliyyə işçilərinin iştirakı ilə veloyürüş keçirilib
Naxçıvan, 8 may, AZƏRTAC
Mayın 8-də Naxçıvan şəhərində ədliyyə işçilərinin iştirakı ilə veloyürüş təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr edilib. Tədbir muxtar respublika Ədliyyə Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Veloyürüşün keçirilməsində məqsəd ədliyyə sahəsində ictimai iştirakçılığın artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği və hüquqi maarifləndirmənin təşviqidir. Həmçinin yaşıl dünya naminə ətraf mühiti qorumaq, gənclərdə idmana həvəsini artırmaq və onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, cəmiyyətin sağlam inkişafına töhfə verməkdir.
Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşıb
Ağdamın Kəngərli kəndinə köçən daha 49 ailəyə evlərinin açarları təqdim olunub
Sabirabadda 7 tondan çox yaş barama əldə olunması gözlənilir
Paytaxta külli miqdarda narkotik vasitələr gətirmək istəyən narkokuryerlər saxlanıldı
Xəzər dənizinə 100 min nərə və 20 min Xəzər qızılbalığı buraxılıb