Rusiya klubu Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib
Bakı, 8 may, AZƏRTAC
Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.
Bu barədə AZƏRTAC-a 23 yaşlı müdafiəçinin özü məlumat verib.
O, Sankt-Peterburq təmsilçisindən yeni sözləşmə təklifi aldığını, lakin bu barədə qərar verməyə tələsmədiyini söyləyib. Yığma üzvü daha sərfəli təkliflər olacağı halda, dəyərləndirə biləcəyini deyib.
Qeyd edək ki, Nigar Mirzəliyevanın “Zenit”lə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq.
3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb