“Tottenhem”in futbolçusu üçün mövsüm erkən başa çatıb
Bakı, 8 may, AZƏRTAC
İngiltərənin “Tottenhem” komandasının futbolçusu Ceyms Meddison sıradan çıxıb.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsində Norveçin “Budyo Qlimt” kollektivi ilə keçirilmiş ilk oyunda dizindən zədə alan yarımmüdafiəçi mövsümün qalan hissəsində London təmsilçisinə kömək edə bilməyəcək. Bu barədə baş məşqçi Ange Postekoqlu məlumat verib.
Komandalar arasında ilk görüş İngiltərə komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da təşkil olunacaq.
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib