×
A
A
A
Sazlamalar

NBA: “Oklahoma-Siti Tander”dən darmadağın, “Nyu-York Niks”dən 2-ci qələbə

Bakı, 8 may, AZƏRTAC

Milli Basketbol Assosiasiyasında (NBA) 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Oklahoma-Siti Tander” doğma meydanda “Denver Naqqets”ə 149:106 hesabı ilə qalib gələrək seriyanı bərabərləşdirib - 1:1.
Qalib komandanın ən məhsuldar oyunçusu 34 xal toplayan kanadalı müdafiəçi Şay Gilqeus- Aleksandr olub.
Digər matçda isə “Nyu-York Niks” səfərdə “Boston Seltiks”i 91:90 hesabı ilə məğlub edərək, seriyada üstünlüyünü artırıb – 2:0. Coş Hart 23 xalla Nyu-York təmsilçisinin bombardiri olub.
Komandalar arasında üçüncü matçlar mayın 10-da təşkil olunacaq.

 

 

 

 

İdman 2025-05-08 11:32:00