×
A
A
A
Sazlamalar

"İnter" azarkeşi "Barselona" ilə oyun zamanı infarkt keçirib

Bakı, 8 may, AZƏRTAC

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, görüşün final fitinə 15 dəqiqə qalmış Milan təmsilçisinin azarkeşi infarkt keçirib. Xəstəyə dərhal müdaxilə edən həkimlər ürək ritmini bərpa ediblər. O, daha sonra reanimasiya şöbəsinə aparılıb.
Həkimlərin fikrincə, buna fanatın oyun zamanı ağır emosional stres keçirməsi səbəb olub.
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edən “İnter” finalda Fransanın PSJ komandası ilə qarşılaşacaq.

 

İdman 2025-05-08 11:17:00