Çempionlar Liqası: “Qarabağ” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq
Bakı, 8 may, AZƏRTAC
“Qarabağ” UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünə II təsnifat mərhələsindən başlayacaq.
AZƏRTAC xəbər verir ki, buna Fransanın PSJ klubunun turnirin yarımfinalında İngiltərənin “Arsenal” komandasını məğlub edərək finala yüksəlməsi səbəb olub.
Həm Paris klubu, həm də onun finaldakı rəqibi olan İtaliya “İnter”i Çempionlar Liqasının əsas mərhələsinə öz ölkələrinin çempionatından vəsiqəni təmin ediblər. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində klublardan ən yüksək reytinqlisi (“Olimpiakos”, Yunanıstan) birbaşa Liqa mərhələsində iştirak hüququ əldə edib. II təsnifat mərhələsində bir komandanın azalması ilk raundda mübarizə aparacaq iki ən reytinqli klubun təsnifat yolunu qısaldıb. Beləliklə, Slovakiya təmsilçisi “Slovan” (33,500) və “Qarabağ” (32,000) ilk raunddan azad edilib.
Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb
Qaxda yeni cüdo zalının açılışı olub
“Fənərbağça” və “Qalatasaray” "Real Madrid"in qapıçısını transfer etmək istəyir
İngiltərəli tanınmış futbolçu “Beşiktaş”dan ayrılır
Liviyalı futbolçu nə “Beşiktaş”a, nə də “Monako”ya lazım oldu