Çempionlar Liqası: PSJ "Arsenal"ı məğlub edərək finala yüksəlib
Bakı, 8 may, AZƏRTAC
UEFA Çempionlar Liqasında son finalçı məlum olub.
AZƏRTAC xəbər verir ki, Fransanın PSJ klubu doğma meydanda İngiltərə “Arsenal”ını qəbul edib. Görüş Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 27-ci dəqiqədə meydan sahibləri açıblar. Fabian Ruis uzaq məsafədən baxımlı qola imza atıb. Matçda digər qollar ikinci hissədə vurulub. 69-cu dəqiqədə PSJ-nin yarımmüdafiəçisi Vitinya penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bununla belə, Fransa klubu cəmi 3 dəqiqə sonra hesab arasındakı fərqi 2 topa çatdırıb. Bu dəfə Əşrəf Hakimi adını tabloya yazdırıb. "Arsenal" 76-cı dəqiqədə Bukayo Sakanın vurduğu qolla buraxılan toplardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb. Beləliklə, Londondakı ilk matçda da rəqibini məğlub edən (1:0) PSJ finalda İtaliya "İnter"inə rəqib olub.
Final görüşü mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək.
“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Azərbaycanın çimərlik millisi İngiltərə yığmasını məğlub edib
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
“Qalatasaray” yeni müqavilə barədə gənc futbolçusu ilə razılığa gəlib