Çempionlar Liqası: PSJ yarımfinalın ilk oyununda "Arsenal"ı məğlub edib
Bakı, 30 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Arsenal” Britaniyada Fransanın PSJ klubunu qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele vurub.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
29 aprel
23:00. “Arsenal” (İngiltərə) - PSJ (Fransa) 0:1
Qol: Usman Dembele, 4
Qeyd edək ki, yarımfinalın digər qarşılaşması aprelin 30-da İspaniya “Barselona”sı ilə İtaliya “İnter”i arasında olacaq.
3x3 basketbol üzrə “ABB Qadın Basketbol Liqası”nda 2-ci mərhələnin qalibi bəlli olub
“Heydər Əliyev kuboku-2025” beynəlxalq turnirinin açılış mərasimi keçirilib
"Sumqayıt"ın kapitanı futbolçu karyerasını başa vurur
UFC-nin şöhrət zalının üzvü Bakıya gələcək
Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb