Uppsalanın mərkəzində üç nəfər qətlə yetirilib
Stokholm, 29 aprel, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin Uppsala şəhərinin mərkəzindəki bərbərxananın yaxınlığında üç nəfər güllələnərək öldürülüb.
AZƏRTAC xəbər verir ki, polis məlumatına görə, maskalı naməlum şəxs hadisə yerindən skuterlə qaçıb. Vaksala meydanı yaxınlığındakı bir neçə məhəllə bağlanıb və əlavə polis qüvvələr cəlb olunaraq “xüsusi hadisə rejimi” tətbiq edilib.
Hadisə axşam saatlarında, Valpurgi gecəsi qeyd olunmağa hazırlaşan bir vaxtda, küçələrdə çoxlu adam olarkən baş verib. Şahidlər səkkiz-on atəş səsi eşitdiklərini bildiriblər. Polisə görə, faciəyə baxmayaraq, əhali üçün hazırda heç bir təhlükə yoxdur. Ətrafdakı dəmiryolu stansiyasında qatarların hərəkəti əməliyyatın ilk mərhələsində müvəqqəti dayandırılsa da, daha sonra bərpa olunub.
Ədliyyə naziri Gunnar Strömmer baş verənləri “amansız zorakılıq aktı” adlandırıb və bildirib ki, hökumət vəziyyəti yaxından izləyir.
Ukraynanın müdafiə naziri: Kiyev cəbhədə atəşkəs rejiminin tam və qeyd-şərtsiz tətbiqinə hazırdır
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
Andrey Yermak: Rusiya bu gün Ukrayna ilə aparılan danışıqları 2022-ci ilə bağlamağa çalışır
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib