×
A
A
A
Sazlamalar

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularına orden və medallar təqdim olunub

Bakı, 25 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət mükafatlarına – orden və medallara layiq görülmüş Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir sıra hərbi qulluqçusu təltif olunub.
Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə keçirilən təqdimetmə mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib, sonra Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Agentliyin rəisi, general-mayor İlqar Abbasov çıxış edərək onlara göstərilən yüksək etimada görə minnətdarlığını bildirib və qeyd edib ki, onların əməyinə verilən qiymət məsuliyyəti daha da artırır və bundan sonra da Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Müzəffər Ali Baş Komandanın etimadını doğrultmaq üçün daha böyük əzmlə çalışacaq.
Tədbirin yekununda dövlət təltifləri hərbi qulluqçulara təqdim olunub.



Cəmiyyət 2025-04-25 19:21:00