×
A
A
A
Sazlamalar

Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üzrə müsabiqənin qalibləri mükafatlandırılıb

Bakı, 25 aprel, AZƏRTAC

Memarlar İttifaqında keçmiş “Dostluq” kinoteatrı binasının yenidən qurulması layihəsinə və gələcəkdə istifadəsinə dair təkliflərin verilməsi üzrə müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə tanınmış memarlar, şəhərsalma üzrə mütəxəssislər, müsabiqəyə təqdim olunmuş layihələrin müəllifləri və binanın mülkiyyətçisinin nümayəndələri iştirak ediblər. Təqdim olunan layihələr nümayiş etdirilib, onların memarlıq dəyəri və şəhər mühitinə təsiri barədə təqdimatlar keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə müsabiqənin keçirilməsi ilə bağlı müraciət etdiyinə görə binanın sahibkarına minnətdarlığını bildirib, sonra qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Münsiflər heyəti layihələri funksionallıq, estetik baxım, şəhər kontekstinə uyğunluq və ictimai əhəmiyyət baxımından qiymətləndirib. Seçilmiş layihələrin müəlliflərinə aparıcı memarlar, münsiflər heyətinin üzvləri tərəfindən diplom və mükafatlar təqdim olunub.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və sifarişçinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, müsabiqədə 18 layihə iştirak edib. Layihələrin bir qismi qrup şəklində icra edilib. Tanınmış memarlardan ibarət münsiflər heyətinin üzvləri layihələri anonim şəkildə nəzərdən keçirərək qiymətləndiriblər.

Mədəniyyət 2025-04-25 19:18:00