×
A
A
A
Sazlamalar

"Azərreyl"in baş məşqçisi: Çempion olmağa layiq idik

Bakı, 25 aprel, AZƏRTAC

Bu il çempionat çox çətin keçdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri kişi voleybolçular arasında Azərbaycan çempionu olan "Azərreyl" komandasının baş məşqçisi Boris Qrebennikov jurnalistlərə açıqlamasında deyib.
O, düzgün oyunçu seçimi sayəsində çempion olduqlarını bildirib: "Oyunçularımla qürur duyuram. Finalda əla oyun nümayiş etdirdilər. Biz çempion olmağa layiq idik. İnanıram ki, növbəti mövsüm avrokuboklarda Azərbaycanı layiqincə təmsil edəcəyik".

İdman 2025-04-25 17:59:00