×
A
A
A
Sazlamalar

Azərbaycanı Avropa kata turnirində 6 cüdoçu təmsil edəcək

Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək Avropa kata turnirində iştirak edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda milli komandanın 6 cüdoçusu mübarizə aparacaq. Yığma üzvləri “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.
“Nage-no-kata” üzrə İsmayıl Rzayev, Natiq Qurbanlı (hər ikisi tori - hücum edən idmançı), Elçin Mayılov, Samir İsmayılov (hər ikisi uke - hücum edilən idmançı) qüvvəsini sınayacaq.
“Katame-no-kata”da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) medallar uğrunda yarışacaqlar.
Qeyd edək ki, aprelin 26-da təşkil olunacaq turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) çıxış edəcək.

İdman 2025-04-25 17:54:00