×
A
A
A
Sazlamalar

“Ədliyyə orqanları işçilərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi və Azərbayсan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-сi il 10 aprel tarixli 143-8 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 296 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında” 2025-ci il 27 yanvar tarixli 302 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-сi il 10 aprel tarixli 143-8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 10, maddə 1175) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.2. həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*;
1.3. həmin Qərarla təsdiq edilmiş 5 nömrəli əlavə - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının aylıq vəzifə maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur)*.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tövsiyə olunsun ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri barədə müvafiq qərar qəbul etsin.
4. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

___________
*Əlavələr dərc edilmir.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 17 ” “ aprel ” 2025-ci il
№ 114

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2025-04-18 13:16:00