“Türkiye” qəzeti: Azərbaycanda ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb
Ankara, 1 aprel, AZƏRTAC
“Türkiye” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, nəşr 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı, Quba, Şamaxı və Azərbaycanın digər bölgələrində ermənilərin və bolşeviklərin törətdiyi qanlı cinayətlər barədə oxuculara məlumat verib. Qəzetin məqaləsində diqqətə çatdırılır ki, cəmi bir neçə gün ərzində Azərbaycanda, o cümlədən Naxçıvanda və Zəngəzurda 50 minə qədər dinc sakin qətlə yetirilib.
Qəzet yazır: “Ermənilərin törətdiyi qanlı cinayətlər silsiləsi yalnız Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və ölkənin erməni quldur dəstələrindən təmizlənməsi ilə dayandırılıb”.
Məqalədə Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi haqqında Sərəncamı xatırladılır və faciəli tarixlə bağlı Prezident İlham Əliyevin sosial şəbəkələrdə dərc etdiyi paylaşıma diqqət yetirilir.
Materialın sonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə davam edən təxribatları barədə məlumat verilir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Daşnak-bolşevik qüvvələri azərbaycanlı əhaliyə qarşı birgə plan hazırlamışdılar ŞƏRH
Ukrayna nəşrində Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
Mart hadisələri tarixdə mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanınmalıdır ŞƏRH
“Türkiye” qəzeti: Azərbaycanda ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb