Fidan və Rubio Cənubi Qafqazda sülh məsələsini müzakirə ediblər
Vaşinqton, 26 mart, AZƏRTAC
Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
AZƏRTAC-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, tərəflər təhlükəsizlik və ticarət sahəsində əsas məsələlər üzrə əməkdaşlığı müzakirə ediblər. Bildirilir ki, Dövlət katibi Türkiyədən Ukrayna və Cənubi Qafqazda sülhə dəstək verməyə çağırıb. Məlumata əsasən, Rubio Türkiyənin İŞİD-ə qalib gəlmək üzrə Qlobal Koalisiyadakı liderliyini yüksək qiymətləndirib və sabit, vahid, sülhsevər Suriyanı dəstəkləmək üçün sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Görüş zamanı Rubio, həmçinin ikitərəfli ticarətdə son irəliləyişləri qeyd edərək, iqtisadi tərəfdaşlığın daha da irəliyə aparılmasına çağırış edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Üç günə qarşı 30 günlük atəşkəs təklifi
Türkiyəli alimlər səs yazısı ilə ağciyər xərçəngini aşkarlaya biliblər
İsveçdə su samurlarının yetişdirilməsi dayandırılıb
Hepatit A virusuna yoluxma hallarının artması Avropada həyəcan doğurur