Tramp: Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub
Vaşinqton, 26 mart, AZƏRTAC
“Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, intensiv müzakirələr davam etdirilir.
“Biz iki istiqamət üzrə əhəmiyyətli irəliləyiş əldə etmişik. Davamının nə olacağını görəcəyik. Rusiya və Ukrayna ilə dərin danışıqlar aparırıq. Deyə bilərəm ki, bu danışıqlar uğurlu gedir”,- deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Londonda “dördlər” formatında Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək
Fransada idarədən bir milyon avroluq xərçəng dərmanı oğurlanıb
Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb
Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq
İsveçdə süni intellekt bir neçə peşənin mövcudluğu üçün təhlükə yaradır