Kral Çarlzın Vatikana dövlət səfəri təxirə salınıb
London, 26 mart, AZƏRTAC
Kral Çarlz və Kraliça Kamillanın Vatikana dövlət səfəri Papanın xəstəlikdən sağalması ilə əlaqədar qarşılıqlı razılaşma əsasında təxirə salınıb.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, 88 yaşlı Papa həyati təhlükəsi olan pnevmoniya ilə mübarizə apararaq beş həftə xəstəxanada yatdıqdan sonra bazar günü Vatikana gəlib. Açıqlamada deyilir ki, həkimin məsləhəti ilə Papa Fransisk uzun müddət istirahət etməlidir.
Çarlz və Kamillanın İtaliya turunun hələ də davam etdiyi, lakin mart ayında elan edilən proqramda bəzi dəyişikliklərin olacağı gözlənilir. Aprelin 7-dən 10-a qədər olan səfər Papanın yubileyini və Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasındakı əlaqəni qeyd etmək üçün nəzərdə tutulmuşdu.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Londonda “dördlər” formatında Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək
Fransada idarədən bir milyon avroluq xərçəng dərmanı oğurlanıb
Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb
Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq
İsveçdə süni intellekt bir neçə peşənin mövcudluğu üçün təhlükə yaradır