Tbilisidə torpaq çökməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb
Tbilisi, 26 mart, AZƏRTAC
Tbilisidə torpaq çöküb.
AZƏRTAC xəbər verir ki, hadisə Mtasminda parkındakı avtobus dayanacağında baş verib.
Nəticədə 28 yaşlı kişi ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, Mtasminda parkı həm turistlərin, həm də yerli sakinlərin ən çox istirahət etdiyi dağüstü ərazidir. Buradan Tbilisinin möhtəşəm mənzərəsi açılır.
Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi açılıb və araşdırma aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Fransada idarədən bir milyon avroluq xərçəng dərmanı oğurlanıb
Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb
Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq
İsveçdə süni intellekt bir neçə peşənin mövcudluğu üçün təhlükə yaradır
BƏƏ yeni qanunvericiliyin hazırlanmasında süni intellektdən istifadə etməyi planlaşdırır