Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq
Bakı, 25 mart, AZƏRTAC
Martın 26-da paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.
Kahramanmaraş sakinləri vilayətin bərpasına verdiyi töhfəyə görə Azərbaycana minnətdarlıq ediblər
Macarıstan Azərbaycanın su ehtiyatları ilə maraqlanır
Balaxanı neftçiləri Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd ediblər