Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur
Bakı, 25 mart, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Paris şəhərindəki Baş Qərargahında keçirilən “Sürətlə dəyişən dünyada elm diplomatiyası: kişi və qadınların zehnində sülhün qurulması” mövzusunda Qlobal Nazirlər Dialoqunda iştirak edir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müxtəlif ölkələrin elm və təhsil nazirlərini, elm üzrə nümayəndə və tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi XXI əsrin qlobal çağırışlarının həllində elm diplomatiyasının rolunu müzakirə etmək, innovasiyanı təşviq etmək və davamlı inkişafın təmin edilməsində elm diplomatiyasının potensialından istifadə yollarını araşdırmaqdır.
Qlobal Nazirlər Dialoqu martın 26-dək davam edəcək.
Türkiyənin “Roketsan” şirkətinin nümayəndələri BMU-da olub
Babək və Şahbuz rayonlarının tarixindən bəhs edən kitablar çap olunub
Mərkəzi Elmi Kitabxanada “Elsevier” nəşriyyatının elmi-məlumat bazasının təqdimatı keçirilib
SOCAR-ın süni intellekt üzrə mütəxəssisi BDU tələbələri ilə görüşüb
Paytaxt məktəblərində müəllimlər üçün maarifləndirici təlimlər davam edir