“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub
Qazax, 25 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Bayram günlərində "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında qoruq əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Göyəzən dağının ətəklərində 150-dən çox badam tingi əkilib.
Qeyd edək ki, son illərdə bu əraziyə 3000-dən çox badam və tingi basdırılıb. Məhz badam tinginin seçilməsi isə buranın landşaftına uyğun olması ilə əlaqədardır.
Əvvəlki illərdə əkilmiş badam tinglərindən bu il məhsul əldə olunub.
Tinglərin suvarılması üçün yaxın ərazidəki dağlardan 4000 metrə yaxın uzunluqda su xətti çəkilib. Qoruq əməkdaşları tərəfindən tinglərə mütəmadi şəkildə qulluq olunur.
Qeyd edək ki, Göyəzən dağı unikal təbiət hadisəsi olmaqla yanaşı, burada tarixi abidələr də mövcuddur. Qazax rayonuna gələn insanlar, turistlər hər zaman bu dağı ziyarət edir, ətəyində yerləşən, ilkin orta əsrlərin sonlarına aid qala bürcləri ilə yaxından tanış olurlar.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB