Qazaxda 31 yaşlı kişi itkin düşüb
Qazax, 24 mart, AZƏRTAC
Qazax rayon Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü, Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
AZƏRTAC-ın əldə etdiyi məlumata əsasən, itkin düşən şəxsin əlamətləri belədir: boyu 165 santimetr, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli gödəkcə olub.
Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Mahirə Hüseynova: Biz doğulduğumuz torpaqlara qayıtmaq istəyirik
Ağstafada minik maşını daşa çırpılıb, xəsarət alanlar var
Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans keçirilib
Qubada 60-dan çox şagird sabah keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək: SƏBƏB