Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb
Bakı, 24 mart, AZƏRTAC
Xətai rayonu ərazisində 3 avtomobildən 1600 manat pul vəsaiti, bank kartları və 60 manat dəyərində zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı N.Eminov və 38 yaşlı Ə.İsmayılov müəyyən olunaraq saxlanılıblar.
Bundan başqa, Yasamal rayonu ərazisində notbuk, televizor və içərisində 500 manat dəyərində geyim əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı E.Vəlibəyov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.
Askarbek Yertaev: Qazaxıstanda miqrasiya sahəsində müsbət dinamika müşahidə olunur
Sabah bəzi rayonlarda havanın arabir yağıntılı olacağı gözlənilir
Milli Observatoriya beynəlxalq müsabiqədə mükafata layiq görülüb