Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib
Bakı, 24 mart, AZƏRTAC
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Novıy Urenqoy şəhərində yerləşən “Sinyaya Ptitsa” uşaq teatrında azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, balaca aktyorların ifasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır.
Qeyd edək ki, “Qarınqulu ayı balası” pyesi ötən il Ulyanovsk vilayətinin “Karabaz-Barabaz” Böyük Kuklalar Teatrında, eləcə də Bryansk vilayətinin Mqlin şəhər 2 nömrəli orta məktəb “Kolobok” Kukla Teatrında səhnələşdirilərək uşaqlara təqdim olunub.
Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üzrə müsabiqənin qalibləri mükafatlandırılıb
Ankara Universitetinə Azərbaycanla bağlı nəşrlər hədiyyə edilib
"Azərbaycan muğamı" layihəsi çərçivəsində “Çahargah" muğamı təqdim olunub
Bakıda yazıçı Eluca Atalının yaradıcılıq gecəsi təşkil olunub