×
A
A
A
Sazlamalar

Rustem Umerov: Ər-Riyada Ukrayna və Amerika nümayəndə heyəti arasında görüş konstruktiv keçib

Kiyev, 24 mart, AZƏRTAC

Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşü başa çatıb. Tərəflər arasında söhbət konstruktiv keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerov feysbuk səhifəsində məlumat verib.
"Söhbət konstruktiv və informativ keçdi - biz əsas məsələləri, xüsusən də enerji sektorunu müzakirə etdik", - deyə məlumatda bildirilir.
Umerov qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifəsi dövlətimiz, xalqımız və deməli, bütün Avropa üçün ləyaqətli və davamlı sülhə nail olmaqdır.
“Biz bunu reallığa çevirmək üçün çalışırıq”, - deyə nazir yekunlaşdırıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2025-03-24 05:35:00