Londondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
London, 24 mart, AZƏRTAC
Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbində (BEAS) Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Pimliko Akademiyasının binasında təşkil olunan tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Azərbaycan icmasının üzvləri, şagirdlər və onların valideynləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycanın Əməkdar artisti, tarzən Rafiq Rüstəmov və pianoçu, Prezident təqaüdçüsü Vüsalə Babayeva çıxış ediblər. Bayram tədbirində milli musiqilər səsləndirilib, xalq rəqsləri ifa olunub, şagirdlər Novruzun qədim adət-ənənələrini nümayiş etdiriblər.
Qeyd edək ki, BEAS məktəbində Azərbaycan dili, tarixi, musiqi, şahmat və milli rəqs dərsləri tədris olunur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir
Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib
Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO