Gürcüstan millisi Ermənistan komandasını darmadağın edib
Tbilisi, 24 mart, AZƏRTAC
Martın 23-də Gürcüstan milli futbol komandası UEFA Millətlər Liqasının pley-off mərhələsində Ermənistan komandası ilə ikinci oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Tbilisidəki “Dinamo Arena”da keçirilən oyunda Gürcüstan millisi Ermənistanı 6:1 hesabı ilə məğlub edib. Matçda Gürcüstan və Ermənistanın baş nazirləri ilə yanaşı, iki ölkənin hökumət üzvləri də iştirak ediblər.
Bununla da Gürcüstan millisi Millətlər Liqasının B divizionunda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, ilk oyun martın 20-də Ermənistanda keçirilib və Gürcüstan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra İrakli Kobaxidze Gürcüstan millisinin üzvləri ilə görüşüb, onları qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə
Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub
Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO